Qadin.NET / "Deyirdi, əsgərləri qoyub evə gələ bilmərəm" - Polad Həşimovun anası

"Deyirdi, əsgərləri qoyub evə gələ bilmərəm" - Polad Həşimovun anası

Xəbər verdiyimiz kimi, ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov bu gün səhər saatlarında dəfn edilib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, şəhidin ailəsi və yaxınları iştirak ediblər. Polad Həşimovun anası Səmayə Həşimova media nümayəndələrinə oğlu haqda açıqlama verib.

O bildirib ki, övladı hər zaman Vətən dərdi çəkib:

"Polad qeyrətli bala idi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi, ana koronavirus qurtarsın gələcəm. Gəlişi bu oldu. Deyirdi, əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmərəm".

15 iyul 2020
GO BACK