Qadin.NET / Sumqayıta giriş-çıxış bağlanıb? - RƏSMİ AÇIQLAMA

Sumqayıta giriş-çıxış bağlanıb? - RƏSMİ AÇIQLAMA

“Sumqayıtın giriş-çıxışlarında qurulan mobil postlar karantin qaydalarına nəzarəti həyata keçirir”.

Qadin.Net bildirir ki, bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, burada qeyri-adi heç bir məqam yoxdur:

“Bilirsiniz ki, ölkə ərazisində karantin rejimi davam edir. Mobil postlar isə şəhərin istənilən istiqamətində qurula bilər. Əməkdaşlar hərəkət iştirakçılarının icazələrinin olub-olmadığını yoxlayır. Hərəkətinə və fəaliyyətinə icazə verilən şəxslərin yerdəyişməsində heç bir məhdudiyyət yoxdur. Onlar sərbəst hərəkət edə bilirlər. Başqa heç bir məqam yoxdur”.

15 iyul 2020
GO BACK