Qadin.NET / Polis Ronaldunun oğlu ilə bağlı araşdırma aparır-SƏBƏB/FOTO

Polis Ronaldunun oğlu ilə bağlı araşdırma aparır-SƏBƏB/FOTO

Portuqaliyanın hüquq-mühafizə orqanları “Yuventus”un futbolçusu Kriştianu Ronaldunun 10 yaşlı oğlu Cunior Ronaldu ilə bağlı araşdırmaya başlayıb.

Qadin.Net bildirir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Asayiş keşikçiləri kiçik Ronaldunun müstəqil şəkildə hidrosikl sürdüyü videonu araşdırır. 

Videonu K.Ronaldunun bacısı mobil telefonuna çəkərək, “Instagram”a yerləşdirib.

Portuqaliya qanunlarına əsasən, yeniyetmələr hidrosikl idarə edə bilməz.

Bu qaydaları pozan şəxsləri 3 min avroya (5 700 manat) qədər cərimə gözləyir.

15 iyul 2020
GO BACK