Qadin.NET / Azərbaycanlı hakerlər 30-dək erməni saytını dağıdıblar

Azərbaycanlı hakerlər 30-dək erməni saytını dağıdıblar

Azərbaycan hakerləri bir sıra erməni saytlarını sındıraraq, “Azərbaycan əsgəri”, “Qarabağ Azərbaycandır və Nida işarəsi” lozunqunu yerləşdiriblər.

Qadin.Net report-a istinadən xəbər verir ki, dağıdılan veb resurslar içərisində həm dövlət qurumlarının, həm də bir sıra şirkətlərin rəsmi saytları mövcuddur.

Xatırladaq ki, bu, azərbaycanlı hakerlərin gün ərzində həyata keçirdiyi ikinci uğurlu əməliyyatdır.

Buna qədər Ermənistan baş nazirinin rəsmi səhifəsi olan https://www.primeminister.am/ və Ermənistan hökumətinin saytı olan gov.am resursu dağıdılmışdı.

Həmin saytlarda Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida işarəsi” və “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından” bəyanatları, həmçinin, Azərbaycan milli qəhrəmanı Mübariz İbrahimovun fotoları yerləşdirilmişdi.

14 iyul 2020
GO BACK