Qadin.NET / Göldə itən aktrisanın cəsədi tapıldı

Göldə itən aktrisanın cəsədi tapıldı

5 gün əvvəl Kaliforniyadakı Piru gölündə itkin düşən aktrisa Naya Riveranın cəsədi tapılıb.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, polislər 5 gündür qadınla bağlı axtarışlar aparırdı. Ötən gün bölgə rəisi göldə bir cəsəd tapıldığını, onun Riveraya aid olacağını iddia edib. Hazırda cəsəd ekspertizaya göndərilib.

Aktrisanın 4 yaşındakı oğluna isə hələ də axtarışların davam etdiyi deyilib.

Qeyd edək ki, aktrisa 4 yaşlı oğlu ilə qayıqla gölə gəzintiyə çıxıb. Başqa bir qayıqda olanlar uşağı tək yatmış halda tapıb.  

Nayanın intihar etdiyi və ya öldürüldüyü ilə bağlı araşdırmaların davam edəcəyi söylənilib.

14 iyul 2020
GO BACK