Qadin.NET / İrem Sak pərəstişkarını məhkəməyə verdi-SƏBƏB

İrem Sak pərəstişkarını məhkəməyə verdi-SƏBƏB

Pərəstişkarı türkiyəli aktrisa İrem Sakın başına bəla olub.

Qadin.Net xəbər verir ki, Kadir Özcoşkun adlı şəxs "Instaqram" hesabından mütəmadi olaraq aktrisanı narahat edən ismarıclar göndərirdi.

Aktrisa pərəstişkarının hesabını qara siyahıya atdıqdan sonra həmin şəxs İremin "Whatsapp"ına müxtəlif nömrələrdən yazmağa başlayıb. Narahatlıqdan bezən İrem məhkəməyə müraciət edib. Hakim 2 ay müddətində K.Özcoşkunun aktrisanın iş yerinə, evinə yaxınlaşmaması və sosial şəbəkə hesablarından narahat etməməsi barədə qərar qəbul edib.

Yeniden eyni hal təkrarlansa, Kadir Özcoşkunun 3 gündən 10 günə kimi həbsi tələb olunacaq.

14 iyul 2020
GO BACK