Qadin.NET / Elvis Preslinin nəvəsi intihar edib

Elvis Preslinin nəvəsi intihar edib

Məşhur amerikalı musiqiçi Elvis Preslinin 28 yaşlı nəvəsi Bencamin Kion intihar edib.

Qadin.Net bildirir ki, TMZ bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

B.Kionun meyiti ABŞ-ın Kaliforniya ştatının Kalabasas şəhərindəki mənzilindən tapılıb.

Mənbə yazır ki, 28 yaşlı gənc musiqiçi olsa da, mətbuatda onun haqqında geniş məlumat yoxdur.


13 iyul 2020
GO BACK