Amerikalı repçi 50 Cent restoranda dava salıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Amerikanın Nyu-Cersi ştatında naməlum xanımla məkanın eyvanında yemək yeyən ulduzu pərəstişkarlarından biri videoya çəkməyə başlayıb.
Bunu görən repçi əsəbiləşib və ətrafda olan mebelləri həmin şəxsin üstünə atmağa başlayıb.
50 Cent-in atdığı stullardan biri isə yol kənarında dayanan “Lexus” markalı avtomobilə dəyib. Daha sonra ulduz həmin xanımla restoranı tərk edib.
Hadisə barədə isə polisə heç bir məlumat verilməyib.