Qadin.NET / Dünyanın ən nüfuzlu pasportlarının SON REYTİNQİ – Azərbaycan neçəncidir?

Dünyanın ən nüfuzlu pasportlarının SON REYTİNQİ – Azərbaycan neçəncidir?

ABŞ-ın “Henley and Partners” şirkəti 2020-ci ilin 3-cü rübü üçün dünyanın ən güclü pasportlarının reytinqini tərtib edib.

Qadin.Net təşkilatın saytına istinadən xəbər verir ki, pasport üçün əsas kriteriya kimi vizasız səfər edilə biləcək ölkələrin sayı olub.

Pandemiya şəraitində bütün pasportların “nüfuzu” zədələnsə də, ilk pilləni Yaponiya pasportu qoruyub saxlayır. Belə ki, “gündoğar” ölkənin vətəndaşları 191 ölkəyə vizasız səfər edə bilirlər. Sinqapur (190 ölkə) ikinci, Cənubi Koreya ilə Almaniya isə (189) üçüncü pilləni bölüşür.

Azərbaycan pasportu hazırda 67 ölkəyə vizasız səfər etməyə imkan verir və bu göstərici ilə ölkəmiz 76-cı pillədə qərarlaşıb.
Qonşu ölkələrdən Rusiya 51-ci (118 ölkə), Gürcüstan 53-cü (116 ölkə), Ermənistan 80-ci (63 ölkə), Qazaxıstan 68-ci (76 ölkə) yer alıb.

11 iyul 2020
GO BACK