“190 manatın köçürülməsi ilə bağlı problem varsa, bunlar aidiyyəti üzrə araşdırılacaq”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər görülür:
“Qeyd etdiyiniz məsələ ilə bağlı faktlar varsa, nazirlik bunu araşdıracaq. Bu yaxınlarda nazirlik tərəfindən müvafiq açıqlamalar da verildi. Amma bir daha bizim tərəfimizdən bu məsələ ilə bağlı nazirliyə müraciət ünvanlanacaq”.