Qadin.NET / Jurnalistlər kütləvi şəkildə koronavirus testindən keçirilə bilər

Jurnalistlər kütləvi şəkildə koronavirus testindən keçirilə bilər

“Jurnalistlərin pandemiya dövründə gördükləri işləri yüksək qiymətləndiririk”.

Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, jurnalistlərin kütləvi şəkildə testlərdən keçirilməsi məsələsi müzakirə ediləcək:

“Bu günə qədər media nümayəndələri ən təhlükəli məkanlardan, xəstəxanalardan çəkilişlər ediblər. Təəssüf ki, xəstəliyə yoluxanlar olub. Həyatını itirən media nümayəndələrinə Allahdan rəhmət diləyirik, müalicəsini davam etdirənlərə Allah şəfa versin.

Digər media nümayəndələrin isə özlərini maksimum qorumasını xahiş edirik. TƏBİB nümayəndələri ilə media mənsublarının kütləvi şəkildə test edilməsi məsələsi bir daha danışılacaq”.

H.Hacıyev qarşıdakı günlərdə operativ qərargahın brifinqlərinin onlayn qaydada keçirilməsi məsələsinin də müzakirə ediləcəyini qeyd edib.

10 iyul 2020
GO BACK