“Koronavirusa yoluxanlarla sağalanlar arasında fərq azalır”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, yoluxma ilə sağalanların sayında müşahidə edilən ciddi fərqin azalmasında vətəndaşlarımızın rolu böyükdür:
“TƏBİB adından bütün vətəndaşlarımıza təşəkkür edirik. Bu, yenə də onu göstərir ki, qaydalara riayət etməklə, biz bu xəstəliyə qalib gələ bilərik”.