Qadin.NET / Sürücüsü Ozan Güvenin qalmaqalından danışdı

Sürücüsü Ozan Güvenin qalmaqalından danışdı

Aktyor Ozan Güven və Deniz Bulutsuz arasında yaşanan şiddət qalmaqalı ilə bağlı araşdırma davam edir.

Qadin.Net xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin onu döydüyünü iddia edən Deniz məhkəməyə müraciət edib.

Güvenin Bulutsuzu döyməsi məsələsinə bu dəfə sürücüsü münasibət bildirib. Doğan "İyunun 12-də Ozan bəy dostu Ramazan Çelikin evinə çay içməyə gedib. Deniz xanım orada keçmiş sevgilisindən danışmağa başlayıb. Ozan bəy isə "İstəyirsən necə sevişdiyinizi də danış" deyərək, əsəbiləşib. Sonra onları evə apardım. Gecə saat 3-də ozan bəy zəng etdi ki, Deniz xanımı götür. Hadisənin səhəri günü Deniz xanım Bursaya getmək üçün Ozan bəydən maşın istədi. Avtomobili verdim. İki gün sonra "Ozanı mənə gətir" deyə, israr etdi. O isə görüşmək istəmədi. Deniz xanım isə "Görüşməsə, polis idarəsinə gedəcəm" deyə, təhdid etdi" ifadəsini verib.

10 iyul 2020
GO BACK