Qadin.NET / Attraksionlarda qışqırmaq qadağan edildi -SƏBƏB/ VİDEO

Attraksionlarda qışqırmaq qadağan edildi -SƏBƏB/ VİDEO

COVID-19 virusunun yayılmasını minimuma endirmək üçün əyləncə parklarındakı attraksionlarda qışqırmaq qadağan edilib. 

Qadin.Net bildirir ki, RTVİ-nin məlumatına görə, söhbət Yaponiyadan gedir.

Bildirilir ki, bu addımın atılmasına səbəb öskürək və danışmaqla yanaşı, qışqırarkən də virusu yayacaq kiçik damcıların ağızdan uçmasıdır.

Lakin qərar birmənalı qarşılanmayıb. Ziyarətçilər attraksionlarda əylənərkən qışqırmamağın mümkün olmadığını bildiriblər. Park nümayəndələri də buna cavab üçün maraqlı video hazırlayıblar.

Kadrlarda park nümayəndələrinin səssiz şəkildə attraksionda oturduqları görünür. Video “Xahiş edirəm, ürəyinizdə qışqırın” yazısı ilə bitir.

Bundan əlavə, parklarda maska taxmaq tələb olunur.


10 iyul 2020
GO BACK