Afrikalı siam əkizləri 18 saat davam edən əməliyyatla ayrılıblar.
Qadin.Net xəbər verir ki, İtaliyadakı Bambino Qesu Pediatriya xəstəxanasında baş tutan əməliyyatda bir neçə həkim və 30 tibb bacısı iştirak edib.
Uğurla həyata keçirilən əməliyyatdan sonra həkimlər, siam əkizlərinin “nadir və ən mürəkkəb birləşmə növlərindən biri” olduğunu və bir ildən çoxdur əməliyyata hazırlaşdıqlarını söyləyiblər. Qeyd edək ki, iki yaşlı Ervina və Prefina adlı siam körpələrinin əməliyyatdan sonra vəziyyətlərinin yaxşı olduğu bildirilib