COVID-19 pandemiyası istisadiyyatda yeni addımlara səbəb olacaq.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Universitetinin professoru, Nobel mükafatı almış Cozef Stiqlits postpandemiya dövrü haqqında danışarkən deyib.
Onun sözlərinə görə, pandemiya sosial bərabərsizliyi artıra bilər: “Texnika virusa yoluxmadığı üçün işəgötürənlər üçün daha cəlbedici olacaq, xüsusilə insan əməyinin tələb olunduğu sektorlarda. Bu da işçilərin yerini texnikanın tutması ilə nəticələnəcək”.
Professor hesab edir ki, yeni dövrdə çətin qərarlar vermək məcburiyyəti yaranacaq: “Xərclərimizi ən vacib istiqamətə yönəltməliyik”.