Qadin.NET / Məşhur həkim qırmızı ətin faydasından danışdı

Məşhur həkim qırmızı ətin faydasından danışdı

Pandemiya zamanı insanlar sağlamlıqlarına daha çox diqqət yetirməyə başladılar, lakin sağlam həyat tərzinin bütün qaydalarına etibar edilməməlidir.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış həkim Aleksandr Myasnikov danışıb.

O, sağlam həyat tərzi ilə bağlı bəzi nəzəriyyələri təkzib edib.

Həkim qırmızı ətin zərərli olması barədə deyilən fikirlərlə razılaşmadığını bildirib. Belə ki, qırmızı ətin ürək-damar sisteminə pis təsir etdiyi iddia edilir. Buna cavab olaraq doktor Myasnikov 2019-cu ilin noyabr ayında aparılan araşdırmanın nəticələrini göstərib.

“Ət bir çox vitamin və mineralın əvəzolunmaz mənbəyidir”, - həkim sözlərinə əlavə edib.

9 iyul 2020
GO BACK