Qadin.NET / Epidemiyaların sayı və növü get-gedə arta bilər - Qorxulu proqnoz -VİDEO

Epidemiyaların sayı və növü get-gedə arta bilər - Qorxulu proqnoz -VİDEO

Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramı (UNEP) heyvanlardan insanlara bulaşan zoonotik xəstəliklərin, vəhşi təbiət və çevrəni qorumaq üçün tədbirlər görülməzsə, artmağa davam edəcəyi xəbərdarlığını etdi.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, UNEP və Beynəlxalq Heyvandarlıq Araşdırma İnstitutunun (İLRİ) ortaq hazırladığı yeni hesabatda son illər artan ebola, sarsit, zika, HİV/AİDS, Qərbi Nil qızdırması və yeni tip korona virusu (Covid-19) kimi heyvanlardan insanlara bulaşan xəstəliklərə diqqət çəkilir.

UNEP Elmi Araşdırmalar bölümünün rəhbəri Maarten Kappelle sözügedən mövzu ilə bağlı deyib: ''İnsanlar epidemiyaya 1918-1919-cu illər “ispan qripi” (influenze) infeksiyası kimi baxır və bu cür xəstəliklərin yalnız 100 ildə bir olduğunu düşünürlər. Amma bu qənaət artıq doğru deyil. Təbiət və insan həyatı arasındakı tarazlığı təmin edə bilməsək, bu epidemiyalar get-gedə artacaq və yayılacaq.''

UNEP-in direktoru İnqer Andersen (İnger Andersen) isə son yüz ildə korona virusu növlərinin ən az 6 böyük epidemiyaya səbəb olduğunu söyləyib: “Ət istehlakının son 50 ildə 260 dəfə artıb. Vəhşi təbiət sahələri əkinçilik ərazilərinə çevrilir. Elm dəqiq olaraq bildirir ki, vəhşi təbiəti istismar etməyə və ekosistemlərə zərər vurmağa davam etdiyimiz müddət boyu qarşıdakı illərdə heyvanlardan insanlara bulaşan xəstəliklər artacaq. Epidemiyaların qarşısının alınması üçün hökumətlərə torpaq və ərazilərdə bioloji müxtəlifliyi artırma və elmi araşdırmalar üçün sərmayə qoymaya çağırırıq”.

8 iyul 2020
GO BACK