Qadin.NET / Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO

Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO

ABŞ-ın Çikaqo şəhərində yaşayan monqolustanlı Rensenhorlu Bad həddindən artıq uzun və arıq ayaqları barədə danışıb.

Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Boyu iki metrdən hündür olan qızın ayaqlarının uzunluğu 134,1 sm-dir. O, uzun ayaqlarından nəinki utanmır, hətta açıq-saçıq geyimləri, o cümlədən, qısa şortlarla qeyri-adi bədən quruluşunu nümayiş etdirir.

Bununla belə, uzun boyu ona müəyyən narahatlıqlara səbəb olur: Boyuna müvafiq geyim və ayaqqabı seçmək çətinlik yaradır.

Qeyd edək ki, qızın valideynləri də uzun boyları ilə seçilirlər: Atası iki metrdən bir az hündürdür, anasının boyu isə 185 sm-dir.

7 iyul 2020
GO BACK