Bakının bəzi ərazilərində kəskin qoxu hiss olunur.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə də axşam saatlarından geniş müzakirələr gedir. Qoxunun daha çox 3, 7, 8, 9-cu mikrorayonlarda, Dərnəgül ətrafında, Nərimanov və Xətai rayonlarında hiss olunduğu qeyd edilir.
Qeyd edək ki, qoxunun səbəbi haqqında hələ ki Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilməyib.
***
“Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-in mütəxəssisləri tərəfindən araşdırma aparılıb. İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir”.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb: “Sabah bu barədə daha dəqiq məlumat veriləcək”