Qadin.NET / Avropada koronavirusun yeni dalğası başlayıb

Avropada koronavirusun yeni dalğası başlayıb

Şərqi Avropada koronavirusla bağlı vəziyyət mürəkkəbləşir.

Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

COVID-19-un yayılmasının yeni dalğası Bolqarıstanda, Albaniyada və keçmiş Yuqoslaviya ölkələrində təzahür edib.

Bundan başqa, cəmi bir neçə həftə əvvəl virusdan azad elan edilən Monteneqroda koronavirusa yoluxma hallarının kəskin yüksəlməsi qeyd olunub.

6 iyul 2020
GO BACK