Aktyor Ozan Güvenin sevgilisi Deniz Bulutsuzu döyməsi xəbəri günlərdir medianın gündəmindən düşmür.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sosial şəbəkədə hər kəs sənətçinin özünü tənqid etməklə yanaşı, dostlarının da ünvanına xoşagəlməz sözlər yazırlar.
Bu dəfə isə onun dostu, yumor ustası Cem Yılmaz tənqid edilib. Tənqidlərə səbəb isə jurnalist Onur Baştürkün sevgilisi Deniz Bulutsuzu döydüyü iddia olunan Ozana hadisəinin ört-basdır edilməsində Yılmazın yardım etdiyini yazması olub. Yılmaz isə yazılanlara üsyan edib.
"Allah sizin bəlanızı versin. Artıq nə dediyinizi eşitmək halınız qalmayıb. Dostum olsa nə olar? Şiddətin tərəfi olur? Məsələ məhkəmədə olduğu halda bunları yazırsınız. Məhkəməyə versəm, "Mən elə eşitdim" deyib, qaçacaqsınız. Məni məsələyə qarışdıranda nə olur?" deyə, Yılmaz cavab verib.