Qadin.NET / Müəllimlərin işə qəbulu imtahanı təxirə salınacaqmı? - AÇIQLAMA

Müəllimlərin işə qəbulu imtahanı təxirə salınacaqmı? - AÇIQLAMA

“Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanın keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır”. 

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O bildirib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək:

“Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur”.

5 iyul 2020
GO BACK