Qadin.NET / Piyadaların smartfondan istifadəsi qadağan edildi

Piyadaların smartfondan istifadəsi qadağan edildi

Yaponiyanın Yamato şəhərində piyadalara smartfondan istifadə qadağan olunub. 

Qadin.Net bildirir ki, TASS-ın xəbərinə görə, bu davranış sakinlər üçün təhlükəli hesab olunur. Belə ki, küçədə hərəkət edən piyadanın smartfona baxması yoldakı digər hərəkət iştirakçılarını görməməyinə və nəticədə həyatı üçün təhlükəyə səbəb ola bilər.

Şəhər sakinlərinin əksəriyyəti bu qanuna dəstək verib.

Hələlik qanunu pozanların necə cəzalanacağı məlum deyil.

4 iyul 2020
GO BACK