Qadin.NET / Paris Hiltonun maskası tənqid olundu – FOTO

Paris Hiltonun maskası tənqid olundu – FOTO

Aktrisa və “Hilton” hotellər imperiyasının keçmiş varisi Paris Hilton cəmiyyət içinə çıxarkən taxdığı maska ilə gülüş və tənqid hədəfinə çevrilib.

Qadin.Net bildirir ki, bu bərədə fotoları “Mirror” dərc edib.

39 yaşlı məşhur Los-Ancelesdə “Madeo” restoranına gedərkən görüntülənib.

Sosial şəbəkə istifadəçiləri P.Hiltonun daş-qaşlarla bəzədilmiş maskasını faydasız adlandırıblar.

“Belə maska virusdan qorumur, ancaq barəndə heç kim danışmadığı günlərdə diqqəti sənə yönəltməyə kömək edir”, “Kimsə  Paris Hiltona anlatmalıdır ki, maska müdafiə üçündür, bəzək aksesuarı deyil”, “Dünyada onun daş-qaşlı maskası qədər faydasız ikinci bir şey yoxdur”, - kimi şərhlərlə istifadəçilər aktrisanı tənqid ediblər.

4 iyul 2020
GO BACK