“Koronavirusdan ölən insanlara görə, bəlkə də, karantin qaydalarını pozan hər bir şəxs müəyyən mənada günahkardır”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, biz səfərbər olmasaq, əzizlərimiz ölməyə davam edəcək:
“Bunu başa düşmək bu qədər çətindirmi? Xahiş edirəm, bir qədər səbirli olun. Bu, ümumi bir problemdir, öhdəsindən gəlmək üçün birlikdə qaydalara əməl etməliyik. Şəhərdən çıxmağa çalışmaq lazım deyil. Bu, yoluxma sayını artırmaqdan başqa heç nəyə xidmət etməyəcək”.