Qadin.NET / “Özünü anidən pis hiss edən vətəndaşın təcili tibbi yardıma müraciət etməsi mütləq deyil” - AÇIQLAMA

“Özünü anidən pis hiss edən vətəndaşın təcili tibbi yardıma müraciət etməsi mütləq deyil” - AÇIQLAMA

“Özünü anidən pis hiss edən vətəndaşın təcili tibbi yardıma müraciət etməsi mütləq deyil”.

Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 

O bildirib ki, ərazi üzrə poliklinika ilə əlaqə saxlamaq olar:

“Tibb işçiləri sizə müəyyən suallar verəcək. Cavablarınız əsasında vəziyyət barədə zəruri tədbirlərin görülməsinə qərar veriləcək. Çünki təcili tibbi yardımın yükü həddən artıq çoxdur.

Ola bilir ki, onlar bu cür çağırışlara getməyə çatdıra bilməsinlər”.

3 iyul 2020
GO BACK