Qadin.NET / Ramin Bayramlıdan koronavirus testləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Ramin Bayramlıdan koronavirus testləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Xəstəliyin diaqnostikasında ən effektiv üsul bizim istifadə etdiyimiz PZR testləridir”.

Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

R.Bayramlının sözlərinə görə, bu testlərin nəticələri 4-8 saat ərzində müəyyən edilə bilir:

“Digər testlərin tətbiq edilməsi ilə bağlı müzakirələr yoxdur. Hazırda bütün dünyada istifadə edilən testlər Azərbaycanda da tətbiq olunur”.

3 iyul 2020
GO BACK