Qadin.NET / TƏBİB sədri koronavirusun müəyyənləşdirilməsinin gecikdirilməsindən danışdı

TƏBİB sədri koronavirusun müəyyənləşdirilməsinin gecikdirilməsindən danışdı

“Xəstəliyin inkişaf etdiyi mərhələdə testlər virusu müəyyən edə bilmir”.

Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, bu, xəstəliyin müəyyənləşdirilməsi üçün müraciətlərin gecikdirilməsi ilə bağlıdır:

“Hətta həkimlər arasında da bu səhvə yol verənlər var. Xəstəlik gecikdiriləndə yuxarı tənəffüs yollarından keçərək, ağciyərlərə təsir edir. Bu səbəbdən də onu KT müayinəsi zamanı aşkarlamaq olur”.

3 iyul 2020
GO BACK