“Yoluxmuş şəxslərin evlərini tərk etməsi düzgün deyil”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlının sözlərinə görə, testlərin aparılması koronavirus xəstələri ilə ünsiyyətdə olan şəxslərin yoxlanılmasıdır:
“Əgər şəxslərdə yoluxma aşkarlanıbsa, onlara təlimatlar verilir və onlardan buna əməl etmələri tələb olunur. TƏBİB nümayəndəliyi onların hər birinə nəzarət edə bilməz”.
R.Bayramlı simptomsuz yoluxan şəxslərin də yoluxma sayının artırdığını deyir.