Qadin.NET / Prezidentin köməkçisi: “Hər kəs pandemiyanın nə zaman bitəcəyini soruşur”

Prezidentin köməkçisi: “Hər kəs pandemiyanın nə zaman bitəcəyini soruşur”

“Üç çox sadə qaydaya riayət etməklə - sosial məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə və əlləri tez-tez yumaqla virusdan qorunmaq olar”.

Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 

O bildirib ki, koronavirus pandemiyası bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bir çox sahələrə təsir edib:

“Ölkə başçısının tapşırığı ilə xüsusi İşçi qrupu yaradılıb. Karantin rejimi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən zəruri tədbirlər görülür. Lakin bu gün yoluxmaların sayı yüksək olaraq qalır”.

Onun sözlərinə görə, hər kəs bu pandemiyanın nə zaman bitəcəyini soruşur:

“Bu gün bu sualın cavabını heç kim bilmir. Əksər problemlərdə dünya təcrübəsinə müraciət edilirdi. Dünya təcrübəsi də bu infeksiya qarşısında aciz qalıb. Bunun nə zaman bitəcəyi barədə heç kim dəqiq informasiya verə bilmir”.


3 iyul 2020
GO BACK