Qadin.NET / Bu bölgələrdə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq

Bu bölgələrdə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Qeyd edilib ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

2 iyul 2020
GO BACK