Qadin.NET / Feyza Özcan Denizin serialı haqqında bunları dedi

Feyza Özcan Denizin serialı haqqında bunları dedi

Müğənni-aktyor Özcan Dənizlə evliliyi bitən Feyza Aktan İstanbulun Nişantaşı səmtində görüntülənib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, dostları ilə kafedə oturan Feyza qarşısında media nümayəndələrini görüb təəccüblənib.

Özcanın pandemiya ərəfəsində evdə çəkdiyi filmdə oğlu Kuzeylə birlikdə rol alan Aktan layihə ilə bağlı suallara "Serial mənim üçün yaxşı idi, amma başqa nəsə deyə bilmərəm. Sürpriz olsun" cavabını verib.

Feyzadan boşandıqdan sonra da Özcanla eyni evdə yaşamaları soruşulub. Gülən Aktan "Gecikirəm, bir yerə çatmalıyam" deyərək, uzaqlaşmağa çalışıb.

2 iyul 2020
GO BACK