Rusiyanın Barnaul şəhərində zooparkın əməkdaşı səsverməyə ayı balası ilə gəlib.
Qadin.Net bildirir ki, bununla bağlı kadrları “RİA Novosti” təqdim edib.
Məlumata görə, zoopark bu qeyri-adi addımı ilə şəhər sakinlərinin diqqətini səsverməyə yönəltmək və onu yaddaqalan etmək istəyib.
Xatırladaq ki, iyulun 1-də Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilib.