Qadin.NET / “Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO

“Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO

Türkiyədə populyar olan “Survivor 2020” yarışmasının iddialı üzvlərindən Barış Murat Yağcının yarışdan əvvəlki paylaşımı bütün dünyada məşhur müğənni və aktrisa Selena Qomezin rekordunu yeniləyib.

Qadin.Net bildirir ki, “HaberGlobal” məlumat verir ki, yarışda çox sayda pərəstişkar qazanan Yağcı “Instagram” hesabında etdiyi paylaşımı ilə ən çox rəy toplayan şəxs olub. Onun paylaşımına 10 milyona yaxın rəy yazılıb.

O, bundan əvvəl səkkiz dəfə ard-arda SMS birinciliyinə görə “Survivor”da bir ilkə imza atmışdı.

Onu da qeyd edək ki, Barış Murat Yağcıya rəqib hesab olunan Camal Can Cansevenin də yarışdan paylaşdığı video 12 milyondan çox bəyənmə toplamışdı. 

2 iyul 2020
GO BACK