Qadin.NET / Hadisə 8 kq arıqladı-FOTO

Hadisə 8 kq arıqladı-FOTO

Aktyor Kaan Yıldırımla 5 aydır sevgili olan müğənni Hadisə artıq çəkilərindən xilas olub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, karantin günlərində ulduz qidalanmasına diqqət edib, eyni zamanda idmanla məşğul olub. O, 8 kq arıqlayaraq arzuladığı çəkiyə qovuşub.

Qeyd edək ki, Hadisə tez-tez sevgilisinin Ulusdakı evinə gedərkən lüks maşında görüntülənirdi, onun nömrəsini paparatsilər də əzbərləmişdi. Ulduz paparatsilərdən xilas olmaq üçün yeni avtomobil alıb.

1 iyul 2020
GO BACK