Qadin.NET / Çində meydana çıxan yeni virus ikinci pandemiyaya səbəb ola bilər? - Mütəxəssislər açıqladı

Çində meydana çıxan yeni virus ikinci pandemiyaya səbəb ola bilər? - Mütəxəssislər açıqladı

Çində ortaya çıxan donuz qripinin yeni növü təşvişə səbəb olub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, G4 H1N1 kod adlı virus heyvanlardan insanlara keçə bilir.

Həm donuzlarda, həm də insanlarda ölümcül təsirlər qoyan virusun pandemik potensiala sahib olduğu mütəxəssislər tərəfindən bildirilir.

Virus hələ ki, Ümumdünya Səhiyyə Təşkilatının "Pandemiya Fazası Xüsusiyyətləri"nin ikinci mərhələsində yer alıb.

Qeyd edək ki, virus yalnız heyvandan insana keçir, insandan insana yoluxmur və xəstəliyi mövcuddur.

1 iyul 2020
GO BACK