Koronavirus pandemiyası səbəbilə istifadəsi artan qara maskalarla bağlı mütəxəssislər narahatlıqlarını dilə gətirir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, elm adamları qara və rəngli parçalardan hazırlanan maskaların qoruyucu xüsusiyyətinin olmadığını, istiliyi əmərək dəridə qızartıya, qaşıntıya səbəb ola biləcəyini qeyd edir.
Kontakt dermatit reaksiyalara səbəb ola bilən bu tip maskalar yağlı dərilərdə isə sızanaq yaradır.
Mütəxəssislər sadəcə cərrahi maskaları gündəlik istifadə üçün sağlam hesab edir. Bu maskaların qoruyuculuğu 95-96% civarında dəyərləndirilir.