Qadin.NET / Putin səsvermədə birdəfəlik qələmdən istifadə etdi-VİDEO

Putin səsvermədə birdəfəlik qələmdən istifadə etdi-VİDEO

Rusiya Prezidenti Vladimir Putin RF Elmlər Akademiyasının binasında yerləşən seçki məntəqəsində birdəfəlik qələmdən istifadəyə məcbur edilib.

Qadin.Net bildirir ki, müvafiq video “RİA Novosti”nin “Telegram” kanalında yayımlanıb.

Xatırladaq ki, bu gün Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilir. Seçki məntəqəsinə daxil olarkən temperatur ölçülür, birdəfəlik əlcəklər, maska ​​və qələm verilir. Belə tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün görülüb.

1 iyul 2020
GO BACK