Cem Yılmazla eşq yaşaması ilə gündəmdən düşməyən türkiyəli aktrisa Serenay Sarıkaya tətil fotolarını paylaşıb.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, aktrisanın “Instagram” hesabında paylaşdığı fotolarda barmağında olan üzük diqqət çəkib.
Onun “Batarkən üfüqdən bir axşam günəşi” qeydi ilə etdiyi paylaşımı saysız-hesabsız bəyənmə və rəy toplayıb. İzləyicilərindən bəziləri bu üzüyün toya işarə etdiyini, bəziləri isə heç bir xüsusi məna kəsb etmədiyini bildirib.