“Vətəndaşlara test nəticələri daha SMS vasitəsilə getməyəcək”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, artıq E-TƏBİB proqramı vasitəsilə nəticələri öyrənmək mümkündür:
“Həmin şəxslər FİN-kod vasitəsilə proqrama daxil olub, öz nəticələri barədə məlumat əldə edə bilərlər. Sadəcə olaraq, proqramın yeni olması səbəbindən müəyyən texniki problemlərin yaşanması mümkündür. Təəssüf ki, belə bir məqam qeydə alınıb”.