“Azərbaycanda bu gün 556 yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.
Ümumilikdə bu günə qədər koronavirusa yoluxanların sayı 17524 nəfərə çatıb.