Qadin.NET / Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO

Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO

Kökəlmək qocalıq prosesinin sürətlənməsi deməkdir.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Zuxra Pavlova məlumat verib. O, köklüyün sağlamlığa mənfi təsirini izah edib:

“Özünü təcrid etmə mövzusunda qlobal “sınaqlardan” sonra insanlar nəinki həyat tərzini dəyişməli oldu, həm də artıq çəki qazandılar. Sosial təcrid müddətində aktivlik təbii olaraq aşağı düşdü. İnsanlar daha çox yeməyə başladı, üstəlik çox yüksək səviyyədə stress var idi.

Piylənmə əslində qocalıq prosesini sürətləndirən bir yoldur. Hətta paralel də oxşardır. Yaşlı insanlar da çox hərəkət etmirlər, tez-tez kədərlənir və tez yorulurlar.

Evdə həddən artıq yemək istəyinin qarşısını almaq və aclıq hissini aldatmaq üçün bəzi hallarda sadəcə təmiz su içmək kifayətdir, məsələn, səhər yeməyindən əvvəl”.

30 iyun 2020
GO BACK