Özbəkistan və Koreya əsilli rusiyalı müğənni, aktrisa, teleaparıcı Anita Tsoy koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Qadin.Net xəbər verir ki, bunu onun mətbuat katibi Anna Krujel deyib.
A.Krujelin sözlərinə görə, pandemiyanın ilk günlərindən Anita bütün tədbirlərə əməl edib: “Onun koronavirusa yoluxacağı ağlımıza gəlməzdi”.
Qeyd edək ki, bir neçə gün əvvəl müğənni “Instagram” hesabında karantinin aradan qaldırılmasına sevindiyini bildirərək paylaşım edib.