Qadin.NET / Pandemiyanın DƏHŞƏTLİ NƏTİCƏLƏRİ açıqlandı

Pandemiyanın DƏHŞƏTLİ NƏTİCƏLƏRİ açıqlandı

Pandemiya diabet xəstələrinin sayının artmasına səbəb olub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspertlər xəbərdarlıq edib.

Bildirilib ki, ölkədə əhalinin dörddə biri xəstəliyin astanasındadır.

Artıq sübut olunub ki, koronavirus mədəaltı və qaraciyər hüceyrələrinə mənfi təsir göstərir, qlükoza mübadiləsinin pozulmasına səbəb olur. Bu da o deməkdir ki, SARS-CoV-2 inkişaf edərsə, prediabet xəstəliyi olan bütün insanlar risk altında olacaq.

COVID-19-un yayılma dinamikasını nəzərə alaraq diabet xəstələrinin sayı 17% arta bilər. Bu, dünyada təxminən 3,5 milyon insan deməkdir. 2025-ci ildə artıq çəkili kişilərin sayı 18%-ə, qadınların sayı isə 21%-ə çatacaq.

“Koronavirusun mədəaltı vəzi zədələməsi barədə xəbərlər getdikcə daha çox yayılır. Çin, Avropa və ABŞ-da xəstəxanaya yerləşdirilən xəstələrin üçdə birində bu hal müşahidə olunur. Bu, infeksiyadan qurtulduqdan sonra ilkin piylənmə olan insanlarda 2-ci tip şəkərli diabetin inkişaf riskinin yüksək olduğunu müəyyən edən çox həyəcanverici bir göstəricidir”, - Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin endokrinologiya şöbəsinin müdiri Tatyana Demidova izah edib.

29 iyun 2020
GO BACK