Qeyd olunur ki, 29 yaşlı Viki Pitçford qızı Rubiyə ekstremal vəziyyətlərdə polisə zəng etməyin qaydasını öyrədib. Lakin bu günlərdə qızı ilə oynayarkən Viki uşağın uzağa getməməsi üçün onu ayağından tutaraq saxlayıb. Rubi kənara qaçaraq telefonu götürüb və polisə zəng edib. Bundan sonra ana polis məmurunu inandıra bilib ki, onlar sadəcə oynayırlar.
Nəşrə müsahibə verən ana qızının xilasetmə xidməti ilə əlaqə yarada bilməsindən qürur duyduğunu açıqlayıb.