Qadin.NET / Burak Hakkı ayrılıq səbəbindən danışdı-FOTO

Burak Hakkı ayrılıq səbəbindən danışdı-FOTO

4 ildir birlikdə olan aktyor Burak Hakkı ilə yunan sevgilisi Hara Pappa ayrılıb.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hər kəs cütlüyün evlənəcəyini gözlədiyi halda onların belə bir addım atması pərəstişkarlarını təəccübləndirib.

Karantin günlərində bir-brindən ayrı qalan cütlük ayrılmaq qərarı verib. Xəbərlərin doğru olduğunu deyən Hakkı xəyanətlə bağlı suallara əsəbiləşib. Hakkı "Aldatmadım. Ayrılmağa birlikdə qərar verdik. Pandemiya ərəfəsində aramıza məsafələr girdi. Evlənmək istəyirdik. Amma oturub danışdıq, alınmadığını gördük" deyə, söyləyib.

Aktyor bildirib ki, sevgilisi toydan sonra onun Yunanıstana köçməsini istəyib:

"Mənim ora, onun Türkiyəyə gəlməsi mümkünsüzdür".

Burak Hakkı ayrılıq səbəbindən danışdı-FOTO
28 iyun 2020
GO BACK