Qadin.NET / Azərbaycanda daha 5 nəfər koronavirusdan vəfat etdi - 534 yeni yoluxma

Azərbaycanda daha 5 nəfər koronavirusdan vəfat etdi - 534 yeni yoluxma

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7106 koronavirus testi aparılıb.

28 iyun 2020
GO BACK