Qadin.NET / 9 illik gəlinə kişi olduğunu dedilər

9 illik gəlinə kişi olduğunu dedilər

Hindistanda həkimlər uşaq dünyaya gətirə bilməyən 30 yaşlı qadının kişi olduğunu açıqlayıblar.

Qadin.Net bildirir ki, bu barədə PTI nəşri yazıb.

Kəlküttə şəhərinin sakini qadına xas bioloji əlamətlərə sahib olub. Doqquz ildir evli olan qadın hamilə qala bilməyib. Onda həmçinin qarın hissədə ağrılar müşahidə olunub.

Qadın kömək üçün həkimlərə müraciət edib və inkişaf etməmiş yumurtalıqlara sahib olduğu üzə çıxıb. Bundan əlavə, yoxlamalar zamanı onun kişi cinsiyyət xromosomlarına sahib olduğu ortaya çıxıb.

Yumurtalıq xərçəngi diaqnozu qoyulan qadın haqqında onkoloq Anupam Dutta bildirib:

“Səsi, inkişaf etmiş sinə, xarici cinsiyyət orqanları - bütün bunlar qadın olduğunu göstərir”.

Həkim qeyd edib ki, bu çox nadir bir haldır. Hindistan sakininin ana tərəfindəki iki qohumunun da oxşar vəziyyətdən əziyyət çəkdikləri məlum olub. Hazırda qadın kimya terapiyası alır, vəziyyəti stabildir.

28 iyun 2020
GO BACK