Qadin.NET / Okeana atılmış məktub sayəsində dostlaşdılar

Okeana atılmış məktub sayəsində dostlaşdılar

ABŞ-da iki yeniyetmə okean sularında 700 mil məsafəni qət edən şüşə butulkadakı məktubun sayəsində dost olublar.

Qadin.Net bildirir ki, maraqlı xəbəri UPI nəşri dərc edib.

Qeyd olunur ki, Florida ştatında yaşayan 11 yaşlı Sofiya Vilson karantin günlərində öz xəyallarını məktuba yazaraq, şüşə butulkaya qoyub və okean sularına atıb.

Bir müddət sonra 11 yaşlı Sara Bet adlı qız şüşə butulkanı Şimali Karolina ştatının sahillində tapıb.

Hazırda qızlar dostlaşıb və yaxın günlərdə görüşməyi düşünürlər.

28 iyun 2020
GO BACK